0
Monday 1 February 2016 - 16:56

Şəhid ailəsi 5 ildir şəhərin mərkəzində çadırda yaşayır

Story Code : 517252
Şəhid ailəsi 5 ildir şəhərin mərkəzində çadırda yaşayır
Fotodakı çadır düz 5 ildir Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi 10 ünvanında qurulub. İçində yaşayan isə şəhid ailəsidir.

Şəhid Əli Mahmudovun qızı Samirə xanım 2 azyaşlı uşağı və 2-ci qrup əlil həyat yoldaşı ilə birlikdə qeyd olunan küçədə yerləşən binanın 39-cu mənzilindən zorla çıxarılıb. Əslən Cəbrayıldan olan məcburi köçkünlərin başına gəlməyən qalmayıb.

Müraciət etmədikləri ünvan da qalmayıb. Amma kimsə nə səslərini eşidib, nə də yardımda bulunub. İşin ən dəhşətli tərəfi isə şəhid ailəsini ləğv olunmuş MTN-in əməkdaşı da aldadıb. Həmin «kəşfiyyatçı» Samirə xanımı və həyat yoldaşı Mahir Salahovu aldadaraq, onlardan evlərini geri qaytaracağı vədi ilə hissə-hissə 25 min manat pullarını alıb. Ailə onun vədlərinə inanaraq, bu qədər pulu vermək üçün borc altına girib./jam/
Source : Jam
Comment