0
Wednesday 3 February 2016 - 14:40

Putin Kissincerlə görüşəcək

Story Code : 517854
Putin Kissincerlə görüşəcək
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu gün Moskvada prezident Putinlə Henri Kissincer arasında görüş olacaq. Bilirsiniz ki, Putinlə Kissinceri uzunmüddətli dostluq münasibətləri bağlayır. Onlar daim əlaqədədir. Putin gündəmdə olan dünya siyasəti məsələləri və gələcəkdə vəziyyətin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq imkanına çox yüksək qiymət verir”, - deyə Kremlin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Source : Apa
Comment