0
Monday 24 January 2011 - 19:05

Sionist rejim “şiə-sünni” münaqişəsi yaradır

Story Code : 51809
Sionist rejim “şiə-sünni” münaqişəsi yaradır
Sionist rejim “şiə-sünni” münaqişəsi yaradır
Islam times.org/az/ - İsrail parlamentinin xarici əlaqələr komissiyasının başçısı Şoul Mofaz, Livanda davam edən mübarizənin "şiə-sünni" mübarizəsi olduğunu iddia etdi.

İranın Livandakı fəaliyyət sahəsini genişləndirdiyini bildirən Mofaz, Hizbullahın da hərbi sahədəki gücünü artırdığını ifadə etdi.

Şimaldakı əl- Cəlil diviziyasına baş çəkən Mofaz "İsrail, hər cür seneri
aya hazırdır. Şimaldakı əhalini qorumaq üçün necə qarşılıqla rastlaşacağını görəcəklər"
deyərək Hizbullahı təhdid etdi.

Haaretz Qəzetinin xəbərinə görə Hizbullah, Səd Həririni baş nazirlikdən baş nazir namizədliyinə salaraq böyük bir qazanc əldə edib. Qəzetin Orta Şərq mütəxəssisi Zvi Barel, İsrail baxımından Livandakı mübarizə sevindiricidir. Çünki Hizbullah, var olan gücü
nü daxili mübarizəyə xərcləmiş olacaq. Barelin də vurğuladığı kimi İsraili narahat edən amil, İranın Livan üzərindəki təsirli rolunun artmasıdır.

Hayfs Universitetindəki Şərqşünaslardan olan David Bokai isə "Hizbullah, hər sahədə bu mübarizədən zəfər qazandı. Çünki, Livan dövlətini öz nəzarəti altında tutur. Hökumət xaricində olsa da bu vəziyyət belədir" dedi.

Qabaqcıl Sosialist Partiyası Vəlid Canpoladın durumunu qiymətləndirən Bokai "Canpolad, Hizbullahın qələbəsini gördü. Bunun üçün də Hizbullahın avtomobilinə mindi" dedi.

İsrail parlamentinin xarici əlaqələr komissiyasının başçısının müavini Majallie Vahbe isə Canpoladın Hizbullahdan gələn təhdidlərdən sonra mövqeyini dəyişdirdiyini, Canpolatdn Hizbullahın təqdim edəcəyi baş nazir namizədini dəstəkləməsi halında Hizbullah mənsublarının Canpolada aid bölgələri işğal edəcəyi istiqamətində təhdid edildiyini iddia edir.
Translator :
Source : haaretz-isra
Comment