QR CodeQR Code

Tehranda Azərbaycan-İran münasibətləri haqda kitab çap olundu

qafqazinfo , 25 Jan 2011 01:03

Islamtimes - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İran İslam Respublikası üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan-İran: dostluq, qardaşlıq və həmkarlığın yeni mərhələsi” adlı kitab nəşr edilib.


Bu haqda “Qafqazinfo” saytı məlumat belə verib.
Kitab İran Prezidenti Mahmud Əhmədinejadın 2010-cu il noyabrın 17-18-də Azərbaycan Respublikasına rəsmi səfərindən bəhs edir.

Oxuculara Azərbaycan və fars dillərində təqdim olunan kitab Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) rəsmi materialları əsasında hazırlanmışdır. Kitabda yerləşdirilən fotolar Azərbaycan-İran münasibətlərinin inkişafı, habelə Azərbaycan Respublikasının sosial-iqtisadi nailiyyətləri barədə əyani təsəvvür yaradır.


Story Code: 51854

News Link :
https://www.islamtimes.org/az/news/51854/tehranda-azərbaycan-iran-münasibətləri-haqda-kitab-çap-olundu

Islam Times
  https://www.islamtimes.org