QR CodeQR Code

Trabzondan Səmədova dəstək

25 Jan 2011 13:49

IslamTimes - Azərbaycandakı hicab qadağasına və dindarların həbsinə etiraz əlaməti olaraq Trabzonda etiraz mitinqi keçirilib.


İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aksiya Trabzon şəhərinin bələdiyyə binasının qarşısında baş tutub.
Aksiyanı "Azərbaycandakı Müsəlman Məhbusların Müdafiə Komitəsi - Qaradəniz" təşkil edib.
Aksiyada çıxış edən komitənin üzvü Kamal Aslan dünyada müsəlmanların hüquqlarının pozulduğunu önə çəkərək, hətta Türkiyədə də belə hallara rast gəlindiyini önə çəkib.
Aksiyada "HAS" partiyasının baş katibinin köməkçisi və Rizenin sabiq millət vəkili professor Mehmet Bekaroğluda iştirak edib.
Mitinq iştirakçıları Azərbaycandakı hicab qadağasını pisləmiş və həbs edilənlərin azad edilmsəini tələb etmişlər.
Trabzonluluar "Səmədova azadlıq!" şüarı səsləndiriblər.


Story Code: 51899

News Link :
https://www.islamtimes.org/az/news/51899/trabzondan-səmədova-dəstək

Islam Times
  https://www.islamtimes.org