0
Tuesday 25 January 2011 - 13:54

Amerika "Mavi Mərmərə" faciəsinə göz yumdu

Story Code : 51901
Amerika "Mavi Mərmərə" faciəsinə göz yumdu
Amerika "Mavi Mərmərə" faciəsinə göz yumdu
FaktXeber.com-un verdiyi məlumata görə, İsrail rejimi 31 may 2010-cu il tarixində Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə təşkil olunan hücumla bağlı hesabat hazırlayıb. Yaakov Turkelin başçılıq etdiyi komissiya tərəfindən hazırlanan hesabatda, "Mavi Mərmərə" gəmisinə təşkil olunan hücum zamanı İsrail əsgərlərinin göstərdiyi rəftarın beynəlxalq hüquq qaydalarına uyğun olduğu bildirilib. Dünən ABŞ Xarici İşlər Naziriliyinin sözcüsü Filip Krouli də, İsrail tərəfinin hazırladığı hesabatı tam şəffaf və inandırıcı olduğunu açıqlayıb.

Qeyd edək ki, qardaş ölkənin ötən ilin may ayında baş verən “Mavi Mərmərə” hadisəsi ilə bağlı BMT-ə təqdim etdiyi məruzədə bir sıra məqamlara aydınlıq gətirilib. Məruzənin yekun bölümündə sözügedən hücum haqda ətraflı məlumat verildikdən sonra 2010-cu il may ayının 31-də beynəlxalq sularda hərəkət edən “Mavi Mərmərə” gəmisinə etdiyi basqının detalları yer alıb. İsrail Silahlı Qüvvələrinin 37 ölkədən nümayəndələrin yer aldığı və Qəzza zolağına humanitar yardım daşıyan altı gəmilik, çoxmillətli və çoxkonfessiyalı yardım bir karvanına etdiyi basqının bu ölkənin sərhədlərindən 72 dəniz mili kənarda baş verdiyi xüsusi vurğulanıb. Həmçinin, məruzədə İsrail əsgərlərinin gəmiyə nəzarəti ələ keçirdikdən sonra gəmidə olan insanlara fiziki və psixoloji zor tətbiq etdiyi, bu zaman qadınların da fikizi və şifahi təhqirə məruz qaldığı bildirilib. Helikopterlərdən açdıqları atəş nəticəsində hələ heç bir əsgər gəminin göyərtəsinə enmədən iki mülki vətəndaşı öldürdükləri bildirilib. İsrail əsgərləri gəmiyə nəzarəti ələ keçirdikdən sonra təmkin göstərmək əvəzinə fiziki və psixoloji zor tətbiq ediblər. Gəmidə olan qadınlar da təhqir edilmiş, fiziki zorakılığa məruz qalmışlar.

Xatırladaq ki, İsrail hərbçilərinin humanitar yardım aparan gəmiyə təşkil etdikləri hücum zamanı törətdikləri vəhşilik və cinayətlər heç kimə qaranlıq olmadığı təqdirdə, insan haqqlarının bir nömrəli müdafiəçisi olan ABŞ-ın cinayətlərə göz yunması və İsrailin tərəfini saxlaması başa düşülən deyil.
Comment