0
Tuesday 25 January 2011 - 22:54

“Qurdlar Vadisi Fələstin” qadağan olundu

Story Code : 51919
“Qurdlar Vadisi Fələstin” qadağan olundu
“Qurdlar Vadisi Fələstin” qadağan olundu
İslamtimes - Almaniyada 27 Yanvarda nümayişi gözlənilən Qurdlar Vadisi Fələstinin filminin nümayişi qadağan olundu. Könüllü senzura tətbiqi edən Film Sektoru İdarə təşkilatı FSK, Qurdlar Vadisi Fələstinin Almaniya yayımını təşkil edən Kölndəki Pera Film studiyasına, Cümə axşamı filmin nümayişi üçün icazə vermədi.

Dünya Bülleteninə xüsusi şərh verən Pera Filmin rəhbərliyi Nərmin Tutarlı, senzura qərarına öz vəkilləri vasitəsilə etiraz etdiklərini, filmin bütün Almaniyada yayılmasımı reallaşdırdıqlarını və Cümə axşamı böyük bir ehtimalla nümayişə buraxacaqlarını və yaş məhdudlaşdırmasını da 16-ya salmaq üçün müraciət etdi.

Pera Film tərəfindən daha əvvəl Alman mediasına verilən məlumatda, FSK tərəfindən onlara hələ yazılı bir qadağan qərarının gəlmədiyi bildirilmişdi. Pera Film, FSK qadağanının səbəblərini detallı araşdıracaqlarını ifadə etmişdi. Almaniyada Qurdlar Vadisi filminin yayımını yalnız Pera Film boynuna götürmüşdür.

Alman mediası tərəfindən anti-amerika, anti-israil olaraq xarakterizə edilən filmin, Yəhudi soyqrımının ildönümü olaraq xatırlandığı 27 Yanvar Cümə axşamı nümayiş edilməsi nəzərdə tutulmuşdur.

Xristian Demokratlardan, İctimai Demokratlardan, Yaşıllardan və Liberal Partiya FDPdən bəzi siyasətçilər, filmin Cümə axşamı nümayişə buraxılması çirkin bir davranış olaraq xarakterizə etmişlər.
Translator :
Source : dunya buleten
Comment