QR CodeQR Code

Səud krallığı Baqir Nimrdən sonra ikinci səs-küylü edama hazırlaşır

Islamazeri , 9 Feb 2016 00:27

Islamtimes - Səud rejimi tərəfindən edam edilən Şeyx Baqir Nimrin qardaşı oğlunun da edamı icra olunacaq


İslamazeri.az-ın “Mehrnews”-a istinadən verdiyi xəbərə əsasən, 2011-ci ildə Ali Səud rejimi əleyhinə etiraz aksiyalarında iştirak edən Əli Nimr 4 ildir ki, həbs həyatı yaşayır.

Əli Nimrin edamı ilə bağlı anası Ummu Bəkr bildirib: “Oğlum Səud rejiminə qarşı etirazlarda iştirak edərək həbs edilib. Səud rejimi ona da edam hökmü verib. Onlar zorla oğlumun əleyhinə başqa şəxslərdən etiraflar alıblar. Mən oğlumun Şeyx Baqir Nimrin qardaşı oğlu olduğuna görə edam olunacağından narahatam.”

Qeyd edək ki, Əli Nimr 2014-cü ildə barəsində edam hökmü verilib. Qərara görə, onun edamı boynunun qılıncla vurulması ilə icra olunacaq.

Onu da qeyd edək ki, Fransa və İngiltərə bu gəncin edam olunmaması ilə bağlı Səud rejiminə müraciət də ünvanlayıb.


Story Code: 519313

News Link :
https://www.islamtimes.org/az/news/519313/səud-krallığı-baqir-nimrdən-sonra-ikinci-səs-küylü-edama-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org