0
Wednesday 26 January 2011 - 00:36

ABŞ Livanın daxili işlərinə qarışır

Story Code : 51951
ABŞ Livanın daxili işlərinə qarışır
ABŞ Livanın daxili işlərinə qarışır
"İslamTimes" "Əl-aləm" telekanalına istinadən xəbər verir ki, Filip Krouli ABŞ-ın Xarici İşlər Nazirliyində verdiyi müsahibədə deyib: "Livanda yeni bir dövlət qurulmaqdadır. Dövlətin yeni tərkibinin təyin edilməsi livanlılara məxsusdur. Biz bu ölkədə gedən prosesləri diqqətlə izləyirik. Bizim üçün hakimiyyətin kimin əlinə keçəcəyi mühümdür."
Öz müdaxilələri ilə Səd Həririnin hakimiyyətinin süqutuna səbəb olan ABŞ "Hizbullah" təşkilatının hakimiyyətə çata biləcəyindən ehtiyatlanır. Elə Krouli də çıxışlarında "Hizbullah" təşkilatını terrorçu adlandıraraq onların hakimiyyətə keçəcəyi təqdirdə ABŞ-Livan əlaqələrinin necə olacağının sual altda olduğunu bildirib.
Krouli deyib: "Ümid edirik ki, Livandakı yeni hakimiyyət Həririnin terroru ilə bağlı qurulmuş məhkəməni dəstəkləyəcək."
Comment