QR CodeQR Code

ABŞ Livanın daxili işlərinə qarışır

26 Jan 2011 00:36

IslamTimes - Livanda yeni bir dövlət qurulmaqdadır. Biz bu ölkədə gedən prosesləri diqqətlə izləyirik. Bizim üçün hakimiyyətin kimin əlinə keçəcəyi mühümdür."


"İslamTimes" "Əl-aləm" telekanalına istinadən xəbər verir ki, Filip Krouli ABŞ-ın Xarici İşlər Nazirliyində verdiyi müsahibədə deyib: "Livanda yeni bir dövlət qurulmaqdadır. Dövlətin yeni tərkibinin təyin edilməsi livanlılara məxsusdur. Biz bu ölkədə gedən prosesləri diqqətlə izləyirik. Bizim üçün hakimiyyətin kimin əlinə keçəcəyi mühümdür."
Öz müdaxilələri ilə Səd Həririnin hakimiyyətinin süqutuna səbəb olan ABŞ "Hizbullah" təşkilatının hakimiyyətə çata biləcəyindən ehtiyatlanır. Elə Krouli də çıxışlarında "Hizbullah" təşkilatını terrorçu adlandıraraq onların hakimiyyətə keçəcəyi təqdirdə ABŞ-Livan əlaqələrinin necə olacağının sual altda olduğunu bildirib.
Krouli deyib: "Ümid edirik ki, Livandakı yeni hakimiyyət Həririnin terroru ilə bağlı qurulmuş məhkəməni dəstəkləyəcək."


Story Code: 51951

News Link :
https://www.islamtimes.org/az/news/51951/abş-livanın-daxili-işlərinə-qarışır

Islam Times
  https://www.islamtimes.org