QR CodeQR Code

İrandakı parlament seçkilərində 12 min namizəd iştirak edəcək

9 Feb 2016 19:48

IslamTimes - İranda parlament seçkilərinə qatılacaq namizədlər müəyyənləşib.


İran daxili işlər nazirinin müavini Hüseynəli Əmiri APA-nın İran bürosuna açıqlamasında seçkilərdə 290 yerin hər biri uğrunda 21 namizədin mübarizə aparacağını deyib. O bildirib ki, Konstitusiyaya Nəzarət Şurası ilə aparılan danışıqlar əsasında namizədliyi qeydə alınmayan 1400 nəfərin namizədliyi təsdiqlənib. Onların arasında  bütün siyasi hərəkatlar və qruplardan namizədlər var.
H. Əmiri ümumilikdə 12 min nəfərin namizədliyinin qeydə alındığını açıqlayıb: “Bu qədər şəxsin öz namizədliyini irəli sürməsi bizim üçün də təəccüblü oldu. Düşünürəm ki, İran və “altılıq” arasında əldə olunan razılıqdan sonra ölkədə öz taleyini təyin etmək istəyi hamı üçün maraqlıdır. Seçkilərdə əhalinin aktiv iştirakının şahidi olacağıq”. /apa/


Story Code: 519559

News Link :
https://www.islamtimes.org/az/news/519559/irandakı-parlament-seçkilərində-12-min-namizəd-iştirak-edəcək

Islam Times
  https://www.islamtimes.org