0
Wednesday 10 February 2016 - 00:35

Tale Bağırovun məhkəməsi təxirə düşdü

Story Code : 519632
Tale Bağırovun məhkəməsi təxirə düşdü
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda Tale Bağırovun vəkili Cavad Cavadov özünün sosial şəbəkə profilində yazıb.

Vəkilin bildirdiyin görə, Taleh Bağırovla bağlı verdiyi məhkəmə nəzarəti qaydasında şikayət üzrə bu gün Nəsimi rayon Məhkəməsinə qərarın elan olunması saat

16-00-a təyin edilməsinə baxmayaraq məhkəmə bir saat əvvələ keçirilib.

Vəkil həmçinin bildirib ki, həmin saatda sədrlik edən hakim Babək Pənahov verilən sorğulara cavab verilmədiyindən bu iş üzrə obyektiv qərar qəbul etmək mümkün olmadığını və bu səbəbə görə də, proosesi 19.02.2016-cı il saat 15-00 tarixinə qədər təxirə saldığını açıqlayıb.
Cavad Cavadov Tale Bağırovun işkəncələrə məruz qalmasına da işarə edərək "Müdafiə tərəfi olaraq qeyd edirəm ki, tutulan şəxsin işgəncəyə məruz qalmasına dair qaldırılan məsələ təxirə salınmadan, işgəncə izlərinin itməməsi üçün təxirə salınmadan araşdırılmalı, məhkəmə tibb ekspertizası təyin edilməlidir. Lakin bunlar edilməmişdir və belə vəziyyətdə ədalətli məhkəmə araşdırılmasından artıq söz gedə bilməz", - deyə qeyd edib.
Source : Islamazeri
Comment