QR CodeQR Code

Nigeriyada silahlıların hücumu nəticəsində 23 nəfər ölüb

Report , 10 Feb 2016 01:28

İslamtimes - Nigeriyanın şimal-qərbində Zamfara əyalətindəki kəndlərdən birinə naməlum silahlıların hücumu nəticəsində 23 nəfər həyatını itirib.


"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, basqın iki saatadək sürüb, Motosikllə kəndə girən silahlılar sakinləri atəşə tutub, onların evlərini qarət ediblər.

Yerli polis əməkdaşları qətlə yetirilənlərin yarısının meyitini aşkar etdiklərini bildiriblər.



Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.



İndiyədək hücumun məsuliyyətini üzərinə götürən olmayıb.


Story Code: 519642

News Link :
https://www.islamtimes.org/az/news/519642/nigeriyada-silahlıların-hücumu-nəticəsində-23-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org