QR CodeQR Code

Ağdam sakinləri məşğulluq idarəsinin qarşısında aksiya keçirir

Nur.az.com , 15 Feb 2016 12:30

Islamtimes - Məşğulluq idarəsi Ağdam rayon sakinlərini aldatdığı üçün rayon sakinləri məşğulluq idarəsinə basqın edib, idarənin qarşısında aksiya keçirir.


Bununla bağlı ölkə.az-a Əmək Yarmarkasına gedən şəxslər məlumat verib.

Adlarının çəkilməsini istəməyən Ağdam rayon sakinlərinin sözlərinə görə, məşğulluq idarəsi bir neçə gün öncə elan verib ki, 2016-cı il fevral ayının 15-də Ağdam rayon İdman kompleksində Əmək Yarmarkası keçiriləcək. İşsiz olan Ağdam sakinləri özünə iş tapmaq üçün Əmək yarmarkasında iştirak etməyə gediblər. Məşğulluq idarəsindən isə bildiriblər ki, əmək yarmarkası qeyri-müəyyən vaxta təxirə salınıb.

Aldadıldığını görən Ağdam rayon sakinləri məşğulluq idarəsinə etiraz etməyə başlayıblar, hal-hazırda Ağdam rayon məşğulluq idarəsinin qarşısında 100-dən çox rayon sakininin olduğu deyilir. Əmək yarmarkasına gedən rayon sakinlərinin sözlərinə görə, yarmarkanın olacağını hesab edənlərin sayı getdikcə artır.

Ağdam rayon məşğulluq idarəsindən bildiriblər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 fevralda Ağdam rayonunda keçiriləcək əmək yarmarkasını təxirə salıb.


Story Code: 521033

News Link :
https://www.islamtimes.org/az/news/521033/ağdam-sakinləri-məşğulluq-idarəsinin-qarşısında-aksiya-keçirir

Islam Times
  https://www.islamtimes.org