QR CodeQR Code

İŞİD-in paytaxtına hücum planlaşdırılır

Nur.az , 17 Feb 2016 17:46

Islamtimes - Suriyanın hökumət qoşunları İŞİD-in öz paytaxtı elan etdiyi Rakka şəhərini bu ilin sonuna kimi geri almağı planlaşdırırlar.


Bunu Suriya ordusunun generalı dünən axşam həmin telekanala verdiyi müsahibədə deyib. Mənbə qeyd edib ki, Səudiyyə Ərəbistanı və Türkiyə münaqişəyə qarışmasa, bu plan həyata keçiriləcək.

“Mən real proqnozlar verə bilmərəm. Lakin Səudiyyə Ərəbistanı, yaxud Türkiyə hərbi təcavüzə əl atmasalar, ilin sonuna kimi biz Rakkada olacağıq”, - orduda tutduğu vəzifəni və adını açıqlamaqdan boyun qaçırmış general belə deyib.

O həmçinin əlavə edib ki, hazırda Suriya ordusunun əsas məqsədi müxalifətçilərin təchizatının qarşısını almaq üçün Türkiyə ilə sərhədi tam nəzarətə götürməkdir.


Story Code: 521625

News Link :
https://www.islamtimes.org/az/news/521625/işid-in-paytaxtına-hücum-planlaşdırılır

Islam Times
  https://www.islamtimes.org