0
Wednesday 17 February 2016 - 17:57

İHH-dan xəbərdarlıq: "İsrailin "hədiyyəsilə" şəhidlərimizin alçaldılması əsla qəbul edilməyəcək"

Story Code : 521629
İHH-dan xəbərdarlıq: "İsrailin "hədiyyəsilə" şəhidlərimizin alçaldılması əsla qəbul edilməyəcək"
Deyerler.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İHH vəkillərinin bəyanatında müvəkkillərinin haqlarının iki ölkə rəsmiləri arasındakı siyasi bazarlığa mövzu olmasına imkan verməyəcəkləri ifadə olunub.

Bəyənatda sionist İsrail rejiminin Mavi Mərmərə və digər Qəzza Yardım Donanması gəmilərinə etdiyi hücumlara görə, başladılan istintaq və məhkəmələr 37 ölkədən olan hüquqşünaslardan ibarət bir heyət tərəfindən aparıldığı qeyd olunub.

İHH bəyənatında Mavi Mərmərə gəmisində hücuma məruz qalan və əlil olan bütün hüquqi və fiziki şəxslərlə şəhid ailələrinin hüquqları və məhkəmə prosesinə, istənilən kəsin müdaxilə edən tərəf olacağı təqdirdə, ağır bir ittiham və məsuliyyəti üzərinə götürəcəyini qeyd edib.

İsrail rejiminin barəsində davam etdirdiyimiz işlərin sona çatdırılmasını, iki ölkə münasibətlərinin normallaşmasının ön şərti kimi irəli sürdüyü məlum olan bir həqiqətdir. Bu iddiaların heç birindən heç bir halda imtina etməyəcəyik. Belə bir vəziyyət qanunla da mümkün deyil.

İsrail və hücuma qoşulan israilli təcavüzkarlar müvəkkillərimizə vurduğu bütün zərərləri maddi və mənəvi cəhətdən ödəmək məcburiyyətindədir. Dünyanın hüquqi əmsallarına baxdıqda isə, belə bir hücumun əvəzinin 1 milyard dollar olduğunu görərik. Müzakirələrdə "İsrailin 20 milyon dollar ödəyəcəyi" məsələsində aydın olduğu irəli sürülür. İsrail rejimi bu gülünc məbləği "hədiyyə" etməklə həm məsuliyyətdən kənarlaşır, həm də şəhidlərə təhqir etmək kimi "bu əvəzi sədəqə olaraq verəcəyini" bəyan edir. Bu vəziyyət müvəkkillərin haqlarının qəsbi, eyni zamanda şəhidlərin şəxsi mənəviyyatının alçaldılmasıdır və qanun baxımından da əsla qəbul edilməyəcək.

"Hədiyyə" kimi verilən məbləğ nə qədər yüksək olmasından asılı olmayaraq, heç bir halda qəbul edilməyəcək. Ancaq məhkəmələrlə veriləcək qərarla 1 kuruş da olsa, "haqsız iş təzminatı, yəni" təcavüzkarların kriminal məsuliyyətinin əvəzi kimi qəbul edilə bilər".

Bəyənatda Qəzzaya tətbiq olunan qanunsuz "blokadanın ləğvi" məsələsinin də Mavi Mərmərə iddia işlərinin əsas mövzusu olduğu vurğulanıb. "Aralıq dənizində də İsrailin işğalını qəbul etmək və bu mənaya gələcək bir razılığa imza atmaq, hüquqi nəticələri olan böyük bir xətadır. Bu məsuliyyəti Türkiyə hökuməti üzərinə götürməməlidir. Türkiyə hökuməti öz vətəndaşlarına da, xarici zərər çəkmişlərə də bu vəziyyəti izah edə bilməz..."
Source : Deyerler
Comment