QR CodeQR Code

Misir hökuməti "Twitter"'ə girişi yasaqladı

27 Jan 2011 15:20

IslamTimes - Misirdə etiraz dalğası genişləndiyinə görə hakimiyyət "Twitter" sosial şəbəkəsinə girişin qarşısını alıb


"İslamTimes" xəbər verir ki, Misirdə xalqın dövlətə qarşı keçirdiyi aksiyalar səbəb olub ki, hakimiyyət "Twitter" kimi bir neçə sosial şəbəkəyə girişi yasaqlasın. Onlar bu yolla etirazçıların bir-biri ilə əlaqəsini məhdudlaşdırmaq istəyirlər.
Nəzərinizə çatdıraq ki, Tunis inqilabından sonra bir neçə gündür ki, Misirdə də yerli əhali ayağa qalxaraq Hüsnü Mübarəkin hakimiyyətdən getməsini tələb edir. Etirazçılar küçələrdə Misir prezidentinin şəkillərini cıraraq şüarlar səsləndirirlər. Verilən məlumata əsasən, artıq prezidentin ailəsi Misirdən qaçıb.


Story Code: 52179

News Link :
https://www.islamtimes.org/az/news/52179/misir-hökuməti-twitter-ə-girişi-yasaqladı

Islam Times
  https://www.islamtimes.org