0
Thursday 27 January 2011 - 16:14

Hakimiyyətdə vəzifə müharibəsi

Story Code : 52183
Hakimiyyətdə vəzifə müharibəsi
Hakimiyyətdə vəzifə müharibəsi
Islam times.org/az/ - Türkiyənin “dünyabuleten” informasiya agentliyi Azərbaycan hakimiyyətində baş verən gizli hadisələr haqda geniş məlumatlar verib. Qəzet bəzi nöqtələri Azərbaycan KİV-inə istinad edib.

Azərbaycan Prezident Aparatının rəhbəri Ramız Mehdiyevin vəzifəsindən kənarlaşdırılaraq Heydər Aliyev Mərkəzinin rəhbərliyinə təyin olunacağı gündəmə gəlib.

İddiaya görə İlham Əliyev, yoldaşı Mehriban Əliyevin ailəsi "Paşayevler" ilə problemlər yaşayan Mehdiyevi vəzifədə daha çox tutmağı düşünmür. Dövləti Əliyevin deyil Mehdiyevin idarə etdiyi şəklindəki məşhur səbəblərin də Əliyevi narahat edən mövzulardan biri olduğu deyilir...

Məlumata görə, Mehdiyevin kreslosuna sahib olmaq istəyən iqtidar içərisindəki qruplar da bu iddiaların ardından hərəkətə keçib. Bu anda adminstrasiya rəhbərliyinin regional rəhbərlik hissəsi başçısı Zeynal Nağdeliyev, icra aparatının hüquq şöbəsi başçısı Fuad Ələsgərov, İlham Aliyevin iqtisadiyyat işləri köməkçisi Əli Əsədov Mehdiyevin kürsüsü üçün önə çıxan namizədlərdir.

Politoloqların fikrinə görə Mehdiyevin xaricdən xüsusilə də Kremldən dəstəklənildiyini və İlham Əliyevin onun vəzifədən götürməsinin qeyri-mümkündür. General Bəylər Eyyubov və Ramız Mehdiyevin də bu səbəblə istefaya göndərilmədiyi vurğulanır.

Bu vaxt adı 2013 prezident seçkilərində namizəd olaraq xatırlanmağa başlayan İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın da Mehdiyevin vəzifədən alınmasını istədiyi iddia edilir.

AZƏRBAYCAN İQTİDARINDAKI QRUPLAR

Azərbaycanda başçılığı İlham Aliyev icra edir amma bu anda iki qrup rəhbərlik üzərində təsirlidir. 2009-cu ildə hələ də səbəbi təyin oluna bilməyən bir sui-qəsddə Hava Qüvvələri Komandiri Rail Raziyevin həyatını itirməsidir.
Ölkəni yaxından tanıyan mütəxəssislərə görə Bakıda keçdiyimiz illərdə iqtidar üzərində çəkişməsi olan dörd qrupdan bəhs edilərkən, indi bu ədəd ikiyə enmişdir. Sabiq prezident Heydər Əliyevin qardaşı Cəlal Əliyev ilə Əli İnsanov qrupları təmizlənərkən, Ramız Mehdiyev və Kəmaləddin Heydərov qrupları Əliyev üzərində və iqtidar üçün böyük bir güc döyüşü davam etdirdilər.

Ramız Mehdiyev QRUPU: Ramız Mehdiyev və prezidentin mühafizə xidmətinin generalı Bəylər Eyyubovun qrupu. Toxunula bilinməyən yeganə qrup.

Eyni zamanda beynəlxalq əlaqələr professoru olan Ramız Mehdiyev, Bakıda tək bir xüsusiyyəti ilə tanınır; Rus meyilli… Köhnə KGB heyətlərindən olan Mehdiyev, yenə politbüro üzvü və KGB-çi Heydər Əliyev ilə birlikdə Bakıya gəlmişdi.

Ramız Mehdiyev, köhnə və Rusçu heyətlərin hamısına yaxınını öz idarəsində tutur. Qaynaqlar, onun və qrupunun təmizlənmsəi olduqca çətin olduğunu ancaq bu baş versə, Azərbaycan üçün bir inqilab xüsusiyyəti daşıyacağını söyləyirlər.

Kəmaləddin Heydərov QRUPU: Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov və qrupu, İlham Əliyevin xanımı Mehriban Əliyevanın hörmətini saxlayan ən sadiq qrup. Hal-hazırda dövlət başçısından sonra ikinci adam hesab edilir. Yaxın ətrafı, onun gələcəkdə prezident olacağını iddia edirlər.

Paşayevlər: Dövlət başçısının yoldaşı Mehriban Əliyevanın ailəsi olan Paşayevlərin son zamanlarda çox zənginləşdiyi deyilir, amma rəhbərlik və vəzifə üçün ön plana çıxmırlar.
Translator :
Source : dunya buleten
Comment