0
Friday 28 January 2011 - 12:52

Türkiyə Avropa Birliyində aşağılandı

Story Code : 52246
Türkiyə Avropa Birliyində aşağılandı
Türkiyə Avropa Birliyində aşağılandı
İRNA-nın müxbiri Ankaradan xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsinin - AİHM sədri Jan-Pol Kosta ötən gün bir mətbuat konfransında 2010-cu ildə Türkiyənin bu məhkəmədə 278 dəfə mühakimə olunmaqla birinci yeri tutduğunu açıqlayıb. İkinci yerdə Rusiya (217), üçüncü yerdə Rumıniya (143) dayanır. Avropa ölkələri arasında İtaliya öndə gedir.
Türkiyənin ayağına yazılan 278 şikayətdən böyük bir hissəsi 90-cı illərdə ünvanlanmış şikayətlərdir. Amma Türkiyənin bu siyahıda lider səviyyəsinə qaldırılması təsadüfi deyil. Bu ölkənin AB-nin bir addımlığında dayanması çoxlarını qorxudur və hər vasitə ilə Ankarının AB-yə qatılmasını əngəlləyirlər. /HaqqYolu/

Comment