QR CodeQR Code

Misirdə cümə namazı öncəsi həbslər başladı

28 Jan 2011 13:07

IslamTimes - İki gün əvvəl bu cümə gününü "qəzəb günü" elan edərək Misir diktatoru Hüsnü Mübarəkə etiraz olaraq aksiyalar təşkil edən əsas təşkilat sayılan "İxvanul Muslimin"in çox sayda üzvü gecə saatlarında həbs edilməyə başlayıblar.


İslam-Azeri.az İnternet qəzeti "İhvan Onlayn"a istinadən xəbər verir.
Verilən məlumata görə, yüzlərlə "ixvan"çı evlərindən həbs edilərək naməlum istiqamətə aparılırlar.
Buna baxmayaraq cümə namazından sonra diktatorun əleyhinə aksiyaların intensivləşəcəyi proqnoz edilir.
Dövlət isə bir çox internet provayderlərilə yanaşı mobil operatorların sms xidmətini dayandırıb.
Etirazçılar isə "Əl Cəzirə" telekanalı vasitəsilə xəbərləşirlər.
Bu arada verilən məlumatlara görə, Misir höküməti artıq etirazçıları həbs edəndən sonra qətlə yetirməyə başlayıb.


Story Code: 52249

News Link :
https://www.islamtimes.org/az/news/52249/misirdə-cümə-namazı-öncəsi-həbslər-başladı

Islam Times
  https://www.islamtimes.org