QR CodeQR Code

Misirdə polislər xalqın tərəfinə keçməyə başladı

28 Jan 2011 20:59

IslamTimes - Misirin müxtəlif şəhərlərində cərəyan edən etiraz aksiyalarında iştirak edən camaat hazırkı prezidentin istefasını tələb edir


Daxil olan son məlumatlardan bilinir ki, mitinqləri dağıtmağa göndərilən polis əməkdaşlarından bir hissəsi artıq atirazçılar tərəfinə keçməyə başlamışdır. Bu barədə məlumatı Əl-Cəzirə telekanalı xəbər verir. Daxil olan xəbərlərdən bəlli olur ki, polisin xalqın tərəfinə keçməsi artıq bir sıra yerlərdə kütləvi hal almışdır.
Eyni zamanda hələ ki, hakimiyyətin tərəfini saxlayan polislər gözyaşardıcı qazlardan, suatan mexanizmlərdən və rezin güllələrdən istifadə edərək etirazçıların nümayişini amansızlıqla dağıtmağa çalışırlar. Əldə olunan məlumatlara görə, etirazçılar arasında həlak olanlar var. Amma etirazlar səngimək bilmir və küçələr tankların yeridilməsinə baxmayaraq, əhali küçələrə axın-axın gəlir.
Dünyabülteni agentliyinin verdiyi xəbərə görə, Misirin iri şəhərlərində xalq polis və hərbçilərə səslənərək, onları vətəndaşların tərəfinə keçməyə çağırıblar. Bunun nəticəsində Süveyş və İsgəndəriyyədə polis xalqa qarşı qarşıdurmadan çəkilir.
İTAR-TASS agentliyinin verdiyi məlumatda isə bildirilir ki, Misirin liman şəhəri sayılan Süveyş artıq etirazçıların nəzarəti altına keçib və bu səbəbdən qoşun bu şəhəri tərk etməyə başlayıb. Lakin Misirin rəsmi hakimiyyəti bu barədə məlumat vermir. /Deyerler/


Story Code: 52316

News Link :
https://www.islamtimes.org/az/news/52316/misirdə-polislər-xalqın-tərəfinə-keçməyə-başladı

Islam Times
  https://www.islamtimes.org