0
Saturday 29 January 2011 - 09:19

Mübarəkin yeni hiyləsi

Story Code : 52378
Mübarəkin yeni hiyləsi
Mübarəkin yeni hiyləsi
Misir prezidenti Hüsni Mübarək ölkə hökumətini istefaya göndərdiyini bildirib.
«Mən bu gün hökumətdən istefaya getməyi tələb etmişəm. Sabah yeni hökumət təyin edəcəyəm», deyə Misir prezidenti xalqa müraciətində bəyan edib.
Öz çıxışında Mübarək xalqın iradəsinə, nümayiş keçirmək hüququna hörmətlə yanaşdığını, lakin bəzi hallarda nümayişçilərin qanuni hədləri aşdıqlarını bildirib.
Onun sözlərinə görə, Misir xalqının arzu etdiyi gələcəyi zorakılıq və anarxiyanın köməyi ilə qurmaq olmaz. Eyni zamanda o yaxın vaxtlarda ölkədə demokratikləşmə, həyat səviyyəsinin yaxşılaşdırılması, sosial xidmətlər və işsizliklə mübarizə sahəsində yeni addımlar atılacağına söz verib
Source : APA
Comment