QR CodeQR Code

Səmədova qarşı ədalətsizlik güclənir

29 Jan 2011 09:46

IslamTimes - Nəsimi Rayon Məhkəməsinin Mövsüm Səmədov barədə çıxardığı 3 aylıq həbs qəti-imkan qərarından 8 sutka keçməsinə baxmayaraq, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.


Bu barədə FaktXeber.com-a Mövsüm Səmədovun vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunlarına əsasən, Mövsüm Səmədovun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması qanunsuz olsa da, hüquqlarını qoruduğu şəxs hələ də təcridxanada saxlanılır. “Bu gün Mövsüm Səmədovla görüşmüşəm. O hələ də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Səhhəti normaldır və özünü yaxşı hiss edir”-deyə vəkil bildirib.
Artıq sabahdan etibarən Mövsüm Səmədovun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxarılmayacağı təqdirdə, baş verən qanunsuzluqla əlaqədar bütün adiyyatı orqanlara şikayət yazacağını söyləyən Anar Qasımov, “Mövsüm bəylə görüşdən sonra, onun işini aparan Baş Prokurorluğun müstəntiqi Mehdi Mirzəyevlə də əlaxə saxlamışam. Həmişə mənə bir vaxt deyib başlarından edirdilər. Sözümü müstəntiqə dedim və o mənə sabah Mövsüm bəyin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxarılcağına dair söz verib”-deyə əlavə edib.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun müdafiəsi ilə bağlı yeni məlumat verən onun vəkili, həmçinin bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə də sənəd təqdim etməyə hazırlaşır. “Mövsüm Səmədov barədə seçilən həbs qəti-imkan tədbirinin ləğv edilməsi və barəsində cinayət işi açılan maddələrin ləğv olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Bu proses təqribən bir ay ərzində reallaşacaq”-deyə Mövsüm Səmədovun vəkili Anar Qasımov söyləyib. /HaqqYolu/


Story Code: 52382

News Link :
https://www.islamtimes.org/az/news/52382/səmədova-qarşı-ədalətsizlik-güclənir

Islam Times
  https://www.islamtimes.org