QR CodeQR Code

Suriya ordusu Xama əyalətində 35 İŞİD silahlısını məhv edib

Deyerler , 28 Feb 2016 12:42

Islamtimes - Suriya ordusu Xama əyalətində İŞİD silahlılarının hücumunu dəf edərək, 35 terrorçunu məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə SANA məlumat yayıb


Məlumata görə, silahlılar ordunun Salamiyə şəhərindəki mövqelərinə hücum etməyə cəhd ediblər. Lakin hərbçilər hücumun qarşısını alaraq, 35 silahlı, üzərində iriçaplı pulemyot quraşdırılmış 4 “pikap” tipli minik avtomobili, buldozer, artilleriya silahları və minaatanları məhv edib.

Qeyd edək ki, İŞİD, “Cəbhət ən Nüsrə” və digər terror qruplaşmaları fevralın 27-dən qüvvəyə minən müvəqqəti atəşkəs rejimini dəstəkləməkdən imtina edib.


Story Code: 524155

News Link :
https://www.islamtimes.org/az/news/524155/suriya-ordusu-xama-əyalətində-35-işid-silahlısını-məhv-edib

Islam Times
  https://www.islamtimes.org