0
Saturday 29 January 2011 - 13:20

Sionist rejim xüsusi xidməti Misirdən yazdı

Story Code : 52456
Sionist rejim xüsusi xidməti Misirdən yazdı
Sionist rejim xüsusi xidməti Misirdən yazdı
Islam times.org/az/ - Misirdə hakimiyyət və xalq arasında baş verən savaş sionist rejim orqanlarının da müşahidə mərkəzindədir. İsrail xüsusi xidmət orqanlarına çox yaxın olan DEBKA informasiya agentliyi möhtəşəm Cümə etirazlarını şərh edərkən xüsusi məqamlara da toxunub.

"Müvəqqəti də olsa rəhbərliyin hərbiyə təhvil verilməsi Orta şərqin bütün təməllərini sarsıdacaq. Amerika qabaqda gələn Ərəb müttəfiqini itirməməyə çalışır.Qahirədəki Yeni bir hökumət Misirin 1979-cu ildəki sülh razılaşmasını dəyişdirə bilər və ya ortadan qaldıra bilər və üzünü başqa istiqamətə çevirə bilər.

Misirli etirazçılar Paytaxt Qahirə, İskəndəriyə və Süveyşdə səhər 07:00 qədər qoyulan komendant saatını heçə sayaraq Cümə gecəsində Qahirədəki Xarici işlər nazirliyinə girməyə çalışdılar.

Hüsnü Mübarək, nümayişləri dayandırması və komendant saatı tətbiqi üçün ordudan təhlükəsizlik güclərinə dəstək olması üçün müraciət etdi. Misir Parlamentinin yaxınlıqlarından silah səsləri eşidildi. Minlərlə nümayişçi küçəyə çıxma qadağanına məhəl qoymayaraq küçələrdə yürüdülər. Əldə olunan dəqiq məlumata görə Qahirədə 10 adam həyatın itirib 1000dən çox adam yaralanıb, Süveyşdə isə 13 adam həyatını itirdi, 75 adam yaralıdır.

Daha sonra nümayişçilər parlamenti, dövlət muzeyini və iqtidardakı Milli Demokratik Partiya mərkəzini hədəf götürdülər.

Bəzi polislər və əsgərlər nümayişçilərə zor tətbiq etmək əvəzinə , formanı çıxarıb nümayişçilərə qoşuldular. Nümayişlərin başladığından bu yana ortalıqda görünməyən Hüsnü Mübarəkin xalqa müraciət edəcəyi də bildirildi.

Etirazların 4-cü günü olan Cümə ölkənin hər yerində rejimə qarşı etitrazların ən şiddətli və böyük günü oldu. Nümayişlərə İxvan əl Müsliminin tərəfdarları da qatıldı.

Hüsnü Mübarəkin ordunu vəzifəyə çağırması, öz rejimini qoruya bilmək üçün son çarəsi olmuşdu. Ordu Cümə günü şəhərlərdə komendant saatına bel bağlaya bilərdi. Nümayişçilərə qarşı silah istifadə etmə istiqamətində qəti itaətin də bir işə yaramayacağını Cümə gecəsində gördük.

DEBKA-nın hərbi kəşfiyyat qaynaqlarından əldə etdiyi məlumata görə, Respublika başçısı və Müdafiə Naziri hərbiçilər arasında çox da sevilən deyil. Zabitlər bu hər iki yaşlı liderin yerlərində çox qala bilməyəcəyini düşünərək, böyük məsuliyyətin altına girməkdən ehtiyat edirlər. Heç bir komandir sabah günahlandırılacaq bir yükün altına girmək istəməz.

Qahirədə Cümə namazından sonra etirazçılar məscidlərdən çıxaraq hökumət mərkəzinin yerləşdiyi Təhrir meydanına keçmək üçün Nil körpüsünə getdilər. Müdafiə qüvvələri plastik güllələrlə və göz yaşardıcı bombalarla nümayişçiləri dayandırmağa çalışdısa da, bu mümkün olmadı. Gənclər təhlükəsizlik qüvvələrinin zirehli maşınların üzərinə çıxıb içindəki polisləri çəkib çölə atdılar.

İki polis bölməsi atəşə tutuldu. Etirazçılar prezident Hüsnü Mübarək, ailəsini və iqtidar güclərini "əxlaqsız və təxribatçı sinif" olaraq xarakterizə edib istefa vermələrini istədi.

İskəndəriyyədə etirazçılar hökumət binalarını atəşə tutdular. Bu nümayişlər indiyə qədər edilən nümayişlərin ən böyüyü idi. Bunun səbəbi də İxvan əl Muslimin Hərəkatının mənsublarına nümayişlərə qatılma əmri verməsi idi. İxvan mənsublarını nümayişlərə qatılmağa çağıran liderlərindən səkkizi dərhal nəzarətə alındı.

Mitinqlərin getdikcə daha nizamlı bir hal aldığı, xüsusi hədəflərə tuşlandığı, xüsusilə də təhlükəsizlik qüvvələri, polis idarələri, hökumət binaları və Hüsnü Mübarəkin partiyasının binalarına yönəldiyi müşahidə olunur. "
Translator :
Source : DEBKA
Comment