QR CodeQR Code

Azərbaycanda şair həbs olundu

Islamazeri , 1 Mar 2016 18:56

İslamtimes - Yevlax Rayon Məhkəməsində şair Mahir Mehdi barəsində 3 aylıq həbs qərarı verilib


Xəbəri «Report» portalı yayıb.

M.Mehdi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələri ilə ittiham olunur.

M.Mehdi fevralın 24-də Yevlax Dəmiryol Stansiyasında saxlanılıb. İttiham aktına əsasən, o, stansiyada sərxoş vəziyyətdə polisə müqavimət göstərib.
Ancaq bu ittihama M.Mehdi və onun vəkilinin münasibəti bəlli deyil.

Şuşada doğulan və köçkün həyatı keçirən M.Mehdi bir müddət media qurumlarında fəaliyyət göstərib. «Azadlıq» qəzetinin mədəniyyət şöbəsinin əməkdaşı olub.


Story Code: 524751

News Link :
https://www.islamtimes.org/az/news/524751/azərbaycanda-şair-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org