0
Wednesday 2 March 2016 - 15:36

Seyid Həsən Nəsrullah: Bu gün heç bir millət Yəmən xalqı kimi məzlum deyil

Story Code : 525013
Seyid Həsən Nəsrullah: Bu gün heç bir millət Yəmən xalqı kimi məzlum deyil
Hizbullahın baş katibi Ərəbistanın Livan ordusuna etdiyi maliyyə yardımlarını dayandırmasından sonra, ölkədə və regionda, Ərəbistan və bəzi körfəz ölkələri, eyni zamanda Livanlı bəzi siyasi hərəkatlar tərəfindən siyasi hücumlara, geniş təbliğata şahid olduqlarını deyib: "Livan Hizbullahı bu hərəkətlərə qarşı hər hansı bir reaksiya vermədi, amma bu məsələ, Livanın siyasi və media böhranına girməsinə, narahatlıqların yaranmasına səbəb olub. Hizbullah əleyhinə aparılan siyasi hücumlar və media təbliğatlar yeni bir münaqişə və qarşıdurma mühiti yaradıb."

Seyid Həsən Nəsrullah özü və Hizbullah əleyhinə bəzi təşkilatlar tərəfindən bir çox qaralama təbliğatı aparıldığına işarə edərək, Ərəbistanın yeni bir psixoloji müharibəyə başladığını açıqlayıb.

Seyid Həsən Nasrullah son günlərdə Livanın siyasi arenasında yaranan qarışıqlığın Ərəbistan tərəfindən şiddətləndirilməsinə işarə edərək, tanınmayan bəzi siyasi təşkilatlar tərəfindən söhbətlər aparıldığını və Hizbullah qüvvələrinin bəzi bölgələrə girdiyinin söyləndiyini və bunun hədəfinin şiə-sünni fitnəsi yaratmaq olduğunu açıqlayıb.

Hizbullah baş katibi bəzi Körfəz ölkələrinin, təbəələrinin Livana səfər etməmələri barəsində verdikləri açıqlamalara işarə edərək bunları söyləyib: "Bu ölkələr, heç bir dəlil göstərmədən təbəələrinin Livanı tərk etmələrini və ya Livana səfər etməmələrini istəmişlər."

Seyid Həsən Nasrullah Livanda təhlükəsizlik problemi və vətəndaş müharibəsi təhlükəsinin olmadığını və bu iddiaların heç bir əsasının olmadığını açıqlayıb.

Hizbullah baş katibi Ərəbistanın MBC televiziyası tərəfindən Hizbullah əleyhinə yayımlanan təhqir xarakterli proqrama toxunaraq, bunları söyləyib: "Heç şübhəsiz gənclərin etirazları və cəmiyyətin reaksiyaları cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olmuşdur. Lakin Hizbullah haqqında bunları demək olar ki, biz güclüyük və beş il əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdəyik. Heç bir təzyiq altında deyilik, lakin Livanın təhlükəsizlik və sabitliyinə təkid edirik."

Seyid Həsən Nasrullah, "Livanda siyasi çəkişmələrin alovlandırılması mühitinin düzəldilməsinə heç bir kömək etməyəcəyinə toxunaraq, bəzi tərəflər, bələdiyyə seçkilərinin keçirilməsindən narahatlıq hiss edirlər və təhlükəsizlik şərtlərinin seçkilərin keçirilməsinə uyğun olmadığını iddia edirlər", - deyib və bunları əlavə edib: "Milli mənfəətlər qarşılıqlı danışıqların davam etdirilməsi istiqamətindədir, amma qarşı tərəf bu məsələdə eyni fikirdə deyil."

Baş katib Hizbullahın hökumətdən çəkilməyəcəyini, hökumətdə işləməyə təmayüllü olduğunu və hökumətin tərəfdaşları olduğunu bildirib: "Ərəbistan və İsrail və digər tərəflər, şiə-sünni fitnəsi yaratmaq istəyirlər. Görəsən, biz də onların bu planına xidmətmi edək?
Küçələrə tökülməyə heç bir ehtiyac yoxdur. Sizlərdən xahişim, mənim və ya Hizbullah əleyhinə bir veriliş yayımlananda, küçələrə axın etməyin. Biz düşmənə xidmət edəcək reaksiyadan çəkinməli və öz maraqlarımızı reallaşdırmaq arxasınca olmalıyıq."

Seyid Nəsrullah virtual aləm məsələsinə toxunaraq bunları söyləyib: "Virtual aləmdən istifadə edərkən məsuliyyətli şəkildə davranmalıyıq. Dinimiz başqalarına təhqiri və küfrü qadağan edir. Biz sadəcə reallığı deməliyik və problemləri şəxsiləşdirməməliyik."

Hizbullah baş katibi Səudiyyənin Livan ordusuna edəcəyi 3 milyard dollarlıq yardımı dayandırdıqlarını açıqlamalarına toxunaraq, belə deyib: "Əldə olan sübutlar bu maliyyə yardımların Məlik Abdullahın ölümündən sonra kəsildiyini göstərir və bu mövqeyimizlə heç bir əlaqəsi yoxdur. Səudiyyə Hizbullahla olan problemlərindən dolayı, bu maliyyə kəsintisinin Hizbullahla əlaqəsi olduğunu göstərməyə çalışırlar.

Seyid Həsən Nasrullah Ərəbistanın Hizbullaha görə əsəbi olduğunu və bunun yeni bir şey olmadığını, bu ölkənin Hizbullahla olan probleminin 2005-ci ildən bəri olduğunu, lakin özlərinin susduğunu deyib: "Livanın bəzi bölgələrində bomba yüklü maşınlarla edilən hücumlar Ərəbistanı tərəfindən idarə edilir. Bu gün regionda müharibələr dolayı yollarla davam etdirilir, amma Yəmən müharibəsinə Ərəbistan birbaşa girişib. İstəyən hər kəs bu məsələdə susa bilər, amma bizlər Livanın milli mənafelərini göz önündə saxlamaqla bərabər, Ərəbistanın Yəməndə törətdiyi bu cinayətləri qarşısında susa bilmərik.
Bizim günahımız, Ərəbistanın bu cinayətləri qarşısında susmamağımızdır ki, əlbəttə, biz bununla fəxr edirik. Mənim Ərəbistanın Yəmənə hava təcavüzünün ikinci günündə etdiyim çıxış, izzətli ömrüm boyu gördüyüm ən dəyərli şey idi və bu bir mübarizədir. Çünki o çıxışımda haqqı dedim. Yəmən xalqı məzlum bir millətdir. Bu millətin mazlumiyəti Fələstin xalqından da çoxdur. Bu gün heç bir millət Yəmən xalqı kimi məzlum deyil.
Ərəbistanın Yəmənə qarşı açdığı savaşa susmaq, Ərəb və İslam dünyasında başladılacaq hər cür müharibənin qanuni olduğu mənasına gəlir. Görəsən, Qətərin "əl-Cəzirə" televiziyası Ərəbistanı tənqid etdiyi zaman Qətər Körfəz Ölkələri Əməkdaşlıq Şurasından atılmaqla təhdid edilə bilərmi?
Ərəbistan bizi susdurmağa çalışır, amma uğurlu olmayacaq. Bu gün Livan xalqına təzyiq edir, mövzu Suriya problemi deyil. Görəsən, Ərəbistanın bir partiyanın mövqeyinə görə Livan xalqını cəzalandırmaq haqqı varmı? Bu sual, insani, İslamı və Ərəbi kontekstində soruşulmalıdır."/maide/
Source : Maide
Comment