QR CodeQR Code

Minlərlə məhkum Misir həbsxanalarından qaçıb

30 Jan 2011 10:17

IslamTimes - Ölkədə baş verən iğtişaşlardan sonra Misir həbsxanalarından minlərlə məhkum qaçıb


APA-nın “Exo Moskvı” radiosuna istinadən verdiyi xəbərə görə, həbsxanalardan kütləvi qaçma halları İsgəndəriyyə, Asuan, Damanhur və Vadi-Natru şəhərlərində qeydə alınıb. Qahirədən 100 km aralıqda yerləşən El Fayoum səhərinin həbsxanasından təqribən 5 min məhbus qaçıb. Bu hadisə zamanı həbsxananın təhlükəsizlik xidmətinin müdiri öldürülüb.
Ordu ölkədə təhlükəsizliyi təmin etmək məqsədi ilə Misirin iki ən böyük şəhərləri Qahirə ve İsgəndəriyyəni birləşdirən magistralı müvəqqəti olaraq bağlayıb.


Story Code: 52546

News Link :
https://www.islamtimes.org/az/news/52546/minlərlə-məhkum-misir-həbsxanalarından-qaçıb

Islam Times
  https://www.islamtimes.org