0
Tuesday 8 March 2016 - 00:36

Zülfüqar Mikayılzadənin həbs müddəti artırıldı

Story Code : 526166
Zülfüqar Mikayılzadənin həbs müddəti artırıldı
İslamazeri.az-ın əldə etdiyi məlumata görə, ötən il Nardaran hadisələrindən bir neçə gün sonra həbs olunan ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin həbs müddəti 2 ay artırılıb. Hazırda o, Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılır.

Qeyd edək ki, Zülfüqar Mikayılzadə 2010-cu ildə AİP üzvlərinin həbs olunması zamanı həbs olunmuş, 2011-ci ilin oktyabr ayında 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunmuşdu. Şərti müddətinin bitməsinə bir ay qalmış, Nardaran olayları zamanı evində saxlanılaraq məhkəməyə aparılıb. Məhkəmə isə, onun haqqında 3 aylıq həbs qəti-imkan tədbiri seçmişdi.

Onuda qeyd edək ki, Zülfüqar Mikayılzadə ilahiyyatçı olmaqla yanaşı, Quran hafizi, Quran və hədis elmləri üzrə mütəxəssis alimdir.
Source : Islamazeri
Comment