0
Monday 31 January 2011 - 00:44

İmam Rahilin (r) Misir xalqını qiyama çağırışı

Story Code : 52660
İmam Rahilin (r) Misir xalqını qiyama çağırışı
İmam Rahilin (r) Misir xalqını qiyama çağırışı
İmam Rahilin (r) bəzi çıxışlarında Misirdə gələcəkdə baş verəcək inqilab haqqında deyilir:
“Mən ümid edirəm ki, digər xalqlar da İran xalqına nəzər salıb, onun yolunu getsinlər. Misir xalqı bu zalım hökumətə etina etməsin. Bu hökumət elan edir ki, İslamın adını çəkəni məhv edəcək. Bilsinlər ki, İslam üçün Misirdə təhlükə var və Misir əhalisinə, qadın və kişilərə vacibdir ki, qiyam qaldırıb, öncədən İslamla savaşa qalxmış bu batil hökuməti süquta uğratsınlar.”
“Səhifeyi-imam”, c. 15, s. 318

“Xalqa zorla qəbul etdirilmiş ikinci prezident (Hüsni-Mübarək) düşünür ki, ölkədə Ənvər Sadat kimi hakimlik edəcək. O özünü tam Amerikanın ixtiyarına verib. Hakimiyyətə gəlməmiş İsrail və Amerika ilə həmrəyliyini elan edib. Unudub ki, sələfi xalqın qəzəbi ilə cəhənnəmə necə vasil oldu. Bu onun da başına gələcək. Misir xalqı bilməlidir ki, İran xalqı kimi əl-ələ verib qiyam qaldırsalar qalib gələcəklər.
Misir xalqı hərbi hökumətdən qorxmasın, ona etina etməsin. Gördünüz ki, İran xalqı hərbi hökuməti necə süquta uğratdı. Onlar da küçələrə çıxsınlar və Amerikanın zibilini bayıra atsınlar. Misir xalqı gözləməsin ki, süquta uğramış hakimiyyət yenidən möhkəmlənib, xalqı əsarət altına alsın. Bu gün həmin gündür ki, Misir xalqı qiyam qaldırmalıdır. Bu gün dövlət zəif, millət qüdrətlidir. Bu Misir xalqının vəzifəsidir. Hökumətə bağlı olmayan alimlər də məsuldur. Misir alimləri ayağa qalxsın, Allaha xatir İslamı müdafiə etsin. Siz bu gün qalibsiniz, Misir xalqı qüdrətlidir. Məlum deyil ki, ordu dövlətlə bir olacaq, yoxsa yox? Misir ordusu bilsin ki, Amerika və İsrailə tabe olduğunu bildirən bir hökumətə arxa dayanmaq istəsə, rüsvay olacaq. Bu hökumət İslama müharibə elan edib. Onu müdafiə etmək ordu üçün xəcalətdir. İmkan verməsinlər yenidən İsrail gəlib ölkəyə sahib olsun. Qoymayın İsrail və Amerika sizin taleyinizi əlinə alsın.”
“Səhifeyi-imam”, c. 15, s. 285

"IslamTimes" - Tərcümə şöbəsi
Comment