QR CodeQR Code

Bazar, 10:00 / Dindarlara qarşı yeni ssenari

31 Jan 2011 08:51

IslamTimes - Azərbaycan Respublikasında İslam fəallarının həbsi ilə bağlı birinci əməliyyat mərhələsi başa çatmış kimi görünür


Barışmaz dindarlara qarşı “evdən silah-sursat çıxarma” layihəsi uğurla tətbiq olunduqdan sonra növbə ikinci qrup narazılara çatdı. Bu qrup rejimə qarşı açıq çıxış etməsə də, sazişçi mövqe tutmur, mövcud imkanlar daxilində mübarizə aparır. Onlara qarşı yeni ssenari qurulub. Dindarlar polis şöbəsinə dəvət edilir və şöbənin özündə xuliqanlıq ittihamı ilə həbsə alınır.
Bu layihənin bir nümunəsi də Cəlilabad şəhərində reallaşdırılıb. Gənc İslamçı fəal Həsən Məmmədov sifarişli şəkildə qorxudularaq bir müddət cəmiyyətdən kənara çəkilib, gizlənib. Daha sonra polisə dəvət alan Həsən Məmmədov elə şəhər polis şöbəsində şərlənərək həbs edilib və haqqında xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Mətbuat xidmətinə daxil olan məlumata görə Cəlilabadda dindarlara qarşı bütün əməliyyat tədbirlərinin arxasında MTN-nin xüsusi nümayəndəsi Mətləb Məmmədov dayanır.

HHQM MK-nın mətbuat xidməti
e-mail: hicab-mk@mail.ru


Story Code: 52666

News Link :
https://www.islamtimes.org/az/news/52666/bazar-10-00-dindarlara-qarşı-yeni-ssenari

Islam Times
  https://www.islamtimes.org