0
Monday 31 January 2011 - 10:42

Kipr Fələstinin müstəqilliyini tanıdı

Story Code : 52681
Kipr Fələstinin müstəqilliyini tanıdı
Kipr Fələstinin müstəqilliyini tanıdı
Kipr müstəqil Fələstin dövlətini tanıdığını bəyan edib. Bu barədə VAFA agentliyinin yunan Kiprinin prezidenti Dimitris Xristofisin Fələstin lideri Mahmud Abbasa ünvanladığı məktuba istinadən yaydığı məlumatda bildirilir. “Ümid edirəm ki, bölgədəki sülh nizamlanması paytaxtı Şərqi Qüdsdə yerləşən müstəqil Fələstin dövlətinin qurulmasına yardım edəcək”, - deyə Xristofisin məktubunda vurğulanıb.
Qeyd edək ki, Kipr Avropa İttifaqının üzvüdür. Bu ölkə Avropa ölkələrinin Fələstin müxtariyyəti ilə əlaqələrinin genişlənməsinə çalışır. Onu da əlavə edək ki, cümə günü Paraqvay hökuməti Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib.


Source : FaktXeber
Comment