QR CodeQR Code

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır - Putin əmr verdi

Deyerler , 14 Mar 2016 22:19

İslamtimes - Rusiya prezidenti Vladimir Putin vəzifələrini böyük miqdarda yerinə yetirən Suriyadakı Rusiya hava qüvvələrinin çərşənbə günündən etibarən geri çəkilməsi barədə əmr verdiyini deyib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşən Putin Suriyadakı Rusiya qüvvələrinin sülh prosesi üçün lazım olan şərait yaratdığını bildirib.

"Müdafiə Nazirliyinə verilən vəzifələrin tam olaraq yerinə yetirildiyini hesab edirəm. Bu səbəblə sabahdan etibarən hərbi qrupumuzun əsas hissəsinin Suriyadan çıxarılmasını əmr edirəm", - deyə Putin bildirib.

Kreml sözçüsü, Rusiya liderinin Suriyadakı əsgərlərin geri çəkilməsi məsələsində Suriya prezidenti Bəşər Əsədi da məlumatlandırdığını bildirib. Putinlə telefon danışığında Əsəd terrorizmlə mübarizədə böyük miqyaslı dəstəyi və humanitar yardımlarına görə Rusiyaya minnətdarlığını çatdırıb.


Story Code: 527619

News Link :
https://www.islamtimes.org/az/news/527619/rusiya-hərbi-qüvvələrini-suriyadan-çıxarır-putin-əmr-verdi

Islam Times
  https://www.islamtimes.org