0
Monday 14 March 2016 - 22:19

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır - Putin əmr verdi

Story Code : 527619
Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır - Putin əmr verdi
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşən Putin Suriyadakı Rusiya qüvvələrinin sülh prosesi üçün lazım olan şərait yaratdığını bildirib.

"Müdafiə Nazirliyinə verilən vəzifələrin tam olaraq yerinə yetirildiyini hesab edirəm. Bu səbəblə sabahdan etibarən hərbi qrupumuzun əsas hissəsinin Suriyadan çıxarılmasını əmr edirəm", - deyə Putin bildirib.

Kreml sözçüsü, Rusiya liderinin Suriyadakı əsgərlərin geri çəkilməsi məsələsində Suriya prezidenti Bəşər Əsədi da məlumatlandırdığını bildirib. Putinlə telefon danışığında Əsəd terrorizmlə mübarizədə böyük miqyaslı dəstəyi və humanitar yardımlarına görə Rusiyaya minnətdarlığını çatdırıb.
Source : Deyerler
Comment