QR CodeQR Code

Misirdə baş verənlər məni qorxudur

1 Feb 2011 09:10

IslamTimes - İsrailin baş naziri Benyamin Netanyahu ölkəsində rəsmi səfərdə olan Almçaniya kansleri Anqela Merkellə baş tutmuş görüşdən sonra iki baş nazir birgə mətbuat konfransı keçiriblər.


ANS PRESS "İlas" agentliyinə (İHA) istinadən xəbər verir ki, Merkel və Netanyahu son günlər Misirdə baş vermiş hadisələrə də münasibətlərini bildiriblər.

İsrail baş naziri Misirdə baş verən hadisələri diqqət və təşviş içində təqib etdiklərini deyib: “Son günlər Misirdə baş verən hadisələr məni təşvişə salıb. İranda olduğu kimi Misirdə də radikal islami bir rejimin hakimiyyətə gəlməsindən qorxuram”.

Bundan başqa, Netanyahu nəticə nə olursa-olsun İsraillə Misir arasında olan 30 illik sülh razılaşmasının qüvvədə qalacağını deyib.

Almaniya kansleri Anqela Merkel də Misirdə baş verən hadisələrin regionun stabilliyi üçün təhlükə ola biləcəyini deyib. Sülhün təmin olunması üçün Misirin bölgədə müsbət addımlar atdığını deyən Merkel Almaniya olaraq demokratiyanın tərəfdarı olduqlarını bildirib. Hüsnü Mübarəkin təklif etdiyi danışıq yolunda uğur əldə etməməsini tənqid edən Merkel ağıllı addımlar atılması üçün qarşıdakı günlərin böyük əhəmiyyət kəsb etdiyini deyib.


Story Code: 52804

News Link :
https://www.islamtimes.org/az/news/52804/misirdə-baş-verənlər-məni-qorxudur

Islam Times
  https://www.islamtimes.org