0
Saturday 19 March 2016 - 15:06

Qasim Süleymani şeytanın ümidlərini qıran mesajlar verdi!

Story Code : 528377
Qasim Süleymani şeytanın ümidlərini qıran mesajlar verdi!
Fələstinin Həmas Müqavimət Hərəkatının nümayəndə heyəti Tehranda İran dövlət rəsmiləri də daxil olmaqla görüşlər keçirib. Ən maraqlı və əhəmiyyətli görüş isə Qüds Qüvvələri komandanı general Qasim Süleymani ilə olub. (farhangnews.ir )

Hacı Qasim Amerika və sionist çevrələrin fitnəkar layihələrində fiqur kimi istifadə edilən Həmasın nümayəndə heyətinə qətiyyətli mesajlar verib. Yaxın Şərq məntəqəsində imperializm və sionizmin 1 saylı düşməni Hacı Qasim deyib:

Bizim Ərəbistanla problemimiz həll olacaq, burada və orada maneçilik törədənlər zərər görəcək. Hamı xatırlayacaq ki, kim kimin kənarında idi...
Sizin mübarizəniz uzun və genişmiqyaslıdır. Bütün İslam dünyası sizə dəstək verməlidir. Biz Fələstini güclü görmək, aranızda barışıq yaratmaq istəyirik...
İran İslam Respublikasının Fələstinə münasibətdə siyasəti sabit və möhkəmdir. Nüvə razılaşmasından öncəki mövqeyimiz qüvvədədir... Xarici işlər naziri Məhəmməd Zərifin vəzifəsi tam aydın olub və bu vəzifə nüvə müzakirələrindən ibarət idi. Ona başqa mövzuları müzakirə etmək tapşırılmayıb...
Amerika İrana təzyiqlərini on qat artırsa da siyasətlərimiz dəyişməyəcək... Amerika ilə ikitərəfli müzakirə aparmırıq və Fələstin barədə də müzakirə aparılmayacaq... Fələstinə dəstək Allahla bizim aramızda olan mövzudur!

Vilayet.info
Source : Nur.az.com
Comment