QR CodeQR Code

Yəməndə "Qəzəb günü" elan olundu

1 Feb 2011 23:39

IslamTimes - Yəməndə müxalifətin dəvətiylə minlərlə insan 32 ildir iqtidarda olan prezident Əli Abdullah Salehin istefa etməsini tələb edib.


Bu münasibətlə əhali həftənin cümə axşamı gününü hakimiyyətə "qəzəb günü" elan ediblər. Faktxeber-in "Əl-Aləm" telekanalına istinadən verdiyi məlumata görə, müxalifət partiyaları ölkədə islahatların aparılması və baş verən qanunsuzluqların qarşısını almaq üçün bütün yəmənliləri Əli Abdullah Saleh hakimiyyəti ilə mübarizəyə səsləyib.

Qeyd edək ki, regonda ilk olaraq Tunisin 23 illik diktatoru xalq qiyamı ilə ölkədən qaçıb. Daha sonra Misir xalqı 30 illik diktatoru devriməkdə israr edir. Hazırda Misirdə 1 milyon insan Hüsnü Mübarəkin istefa verməsini və ölkədən getməsini istəyir. /Faktxeber/


Story Code: 52921

News Link :
https://www.islamtimes.org/az/news/52921/yəməndə-qəzəb-günü-elan-olundu

Islam Times
  https://www.islamtimes.org