QR CodeQR Code

BMT: "Tarixi bir gündür"

25 Mar 2016 10:52

IslamTimes - Bu qərar kütləvi cinayətlərdə və iğtişaşlarda əli olan hər kəsə göndərilən bir ismarıcdır.


Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Pan Gi Mun serblərin keçmiş lideri Radovan Karadziçin 40 il azadlıqdan məhrum edilməsinə münasibət bildirərkən deyib. “Bu gün beynəlxalq ədalət üçün tarixi bir gündür. Cinayətdə əli olanlar ədalətdən heç zaman qaça bilməz”, - Mun bildirib. Xatırladaq ki, bu gün Haaqa Beynəlxalq Cinayət Məhkəməsi 8 min müsəlmanı qətlə yetirən serblərin keçmiş lideri Radovan Karadziçi 40 il azadlıqdan məhrum edib.


Story Code: 529436

News Link :
https://www.islamtimes.org/az/news/529436/bmt-tarixi-bir-gündür

Islam Times
  https://www.islamtimes.org