QR CodeQR Code

Bu addıma alqış düşür

2 Feb 2011 09:44

IslamTimes - Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşdən imtina ediblər.


Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O bildirib ki, görüşdən imtinaya səbəb AŞPA-nın 7 noyabr 2010-cu il parlament seçkiləri ilə bağlı seçkidən əvvəl və sonra nümayiş etdirdiyi qeyri-obyektiv mövqedir: “Ona görə də Azərbaycan müxalifəti müvafiq beynəlxalq qurumlarla əməkdaşlıq etməməkdə israrlıdır”. /HaqqYolu/


Story Code: 52973

News Link :
https://www.islamtimes.org/az/news/52973/bu-addıma-alqış-düşür

Islam Times
  https://www.islamtimes.org