0
Saturday 26 March 2016 - 23:33

Brüsseldə həyəcan: terror əleyhinə marş terror təhlükəsinə görə təxirə salındı

Story Code : 529776
Brüsseldə həyəcan: terror əleyhinə marş terror təhlükəsinə görə təxirə salındı
Musavat.com-un məlumatına görə, bu barədə “Net Nieuwsblad” nəşri məlumat yayıb.

“Vətəndaşların təhlükəsizliyi mütləq prioritetdir. Bununla biz tədbirin daha uzaq tarixə keçirilməsi ilə bağlı hökumətin təklifinə qoşuluruq”, – deyə təşkilatçılar qeyd ediblər.

Onlar həmçinin, marşa qatılmaq istəyənlərə belə bir xahişlə müraciət ediblər ki, martın 27-də Brüsselə gəlməsinlər.

Xatırladaq ki, martın 22-də Brüssel hava limanında və metrostansiyalarının birində törədilən terror aktları zamanı 33 nəfər həlak olub, 316 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Source : Musavat
Comment