QR CodeQR Code

Brüsseldə həyəcan: terror əleyhinə marş terror təhlükəsinə görə təxirə salındı

Musavat , 26 Mar 2016 23:33

Islamtimes - Brüsseldə martın 27-ə təyin olunmuş “Qorxu əleyhinə” marşın təşkilatçıları tədbirin vaxtını dəyişmək qərarına gəliblər.


Musavat.com-un məlumatına görə, bu barədə “Net Nieuwsblad” nəşri məlumat yayıb.

“Vətəndaşların təhlükəsizliyi mütləq prioritetdir. Bununla biz tədbirin daha uzaq tarixə keçirilməsi ilə bağlı hökumətin təklifinə qoşuluruq”, – deyə təşkilatçılar qeyd ediblər.

Onlar həmçinin, marşa qatılmaq istəyənlərə belə bir xahişlə müraciət ediblər ki, martın 27-də Brüsselə gəlməsinlər.

Xatırladaq ki, martın 22-də Brüssel hava limanında və metrostansiyalarının birində törədilən terror aktları zamanı 33 nəfər həlak olub, 316 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.


Story Code: 529776

News Link :
https://www.islamtimes.org/az/news/529776/brüsseldə-həyəcan-terror-əleyhinə-marş-təhlükəsinə-görə-təxirə-salındı

Islam Times
  https://www.islamtimes.org