0
Sunday 27 March 2016 - 08:44

Türkiyə Polisindən İŞİD xəbərdarlığı: Hədəfdə kilsə, sinaqoq, ələvilərin cemevi və şiə məscidləri ola bilər

Story Code : 529812
Türkiyə Polisindən İŞİD xəbərdarlığı: Hədəfdə kilsə, sinaqoq, ələvilərin cemevi və şiə məscidləri ola bilər
İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə Əmniyyət İdarəsi (Polisi) İŞİD-in yeni hücumlarıyla bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda, pasxa bayramı öncəsi İŞİD-in xüsusilə musəvi və xristianların sıx olduğu dini məkanlar, konsulluq, səfirlikdə kəşfiyyat aparması ehtimalının olduğunu və xüsusilə Ankarada olan xristian və musəvilərin ibadət etdikləri kilsə və sinaqoqlar başda olmaqla, qeyri müsəlmanlara aid vəqf və dərnəklərin olduğu yerlər, bundan başqa həmçinin ələvilərin cemevləri, o cümlədən şiə müsəlmanların ibadət etdikləri məscidlərin nəzarətə götürülməsinin vaciblyi önə çəkilib.
Source : Islamazeri
Comment