QR CodeQR Code

Tərtərin icra başçısı: "Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir"

Apa , 2 Apr 2016 15:48

Islamtimes - "Tərtərdə fəaliyyət göstərən bütün dövlət qurumları əhalinin yanındadır".


Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

Onun sözlərinə görə, qoşunların təmas xəttində yaşanan gərginlik əhalinin psixologiyasına heç bir mənfi təsir göstərməyib: "Heç bir panika yoxdur. Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Biz ordumuza görə hər şeyə hazır olmalıyıq. Ali Baş Komandanın bütün diqqəti ordunun üzərindədir. Tərtərin vətənpərvər gəncləri var. Hər bir Azərbaycan vətəndaşı öz dədə-baba topağına qaytarmaq, oranı qorumaq istəyir".


Story Code: 531081

News Link :
https://www.islamtimes.org/az/news/531081/tərtərin-icra-başçısı-heç-kimi-öz-yerini-tərk-etməyib-əhalinin-əhval-ruhiyyəsi-yüksəkdir

Islam Times
  https://www.islamtimes.org