0
Thursday 3 February 2011 - 11:02

Misir Böhranı və Sionist rejimin qorxusu

Story Code : 53131
Misir Böhranı və Sionist rejimin qorxusu
Misir Böhranı və Sionist rejimin qorxusu
Sionist rejimin baş naziri Benyamin Netanyaho bu haqda deyibdir ki, Mübarəki himayə ilə yanaşı Misir hadisələrini diqqətlə izləyir və bu rejimin başçısı Şimon Peres də bu haqda deyibdir ki, İsrail Hüsnü Mübarəkə borcludur .

Misir rejimi Hüsnü Mübarəkin bu ölkəyə hakim kəsildiyi 30 il müddətində heç vaxt sionistləri öz hədəflərinə çatmalarında yalnız qoymayıbdır .

Misir 1979-cu ildən təhqiramiz və təslimçi Kempdevid sazişilə İslam və Ərəb dünyasına arxa çevirdi və ondan sonra da Sionist rejimin ekspansionist və müharibəpərəst siyasətləri ilə eyni istiqamətdə addımlayaraq Fələstin xalqını azadlıqsevər və amalsevər mübarizələrdə yalnız buraxdı.

Misir hakimiyyətinin regionda Kempdevid təslimçi sazişini genişləndirmə, habelə ərəb ölkələrinin ayağını Sionist rejimlə sülh müqavilələrinə açması Mübarək rejiminin son iki on illikdəki hərəkətlərindin olubdur ki, məhz Misir İsraillə saziş istiqamətində yalnız qalmasın.

Hüsnü Mübarəkin İsraili himayə xarakterli üzrə son hərəkətində dünya Qəzzəyə qarşı 22 günlük müharibənin başlanmasında Misir rejimi ilə Sionist rejiminin sövdələşməsinin şahidi idi. Bu müharibədə Misir rejimi Qəzzənin əsas keçidlərini bağlayıb , Qəzzə zolağında 1,5 milyon fələstinlini həbs etməklə Sionist rejiminə Qəzzə sakinlərini öz qanlarına qəltan etməkdə yardım etdi ki, guya Qəzzədəki müqaviməti məğlub etməklə Tələviv başçılarına məqsədlərinə çatmaqda yardım etsin .

Misirin 40 faiz qazının Sionist rejimə satılması , işğal edilmiş Fələstində Sionist şəhərciklərin inşasında Sionist rejimə yardım etmək və bu inşa işlərində ehtiyac olan materialların bir hissəsinin təmin edilməsi Qahirə rejiminin Tələviv rejimi ilə əlaqələri möhkəmləndirmək və genişləndirmək üzrə başqa hərəkətlərindən idi. Halbuki siyasi ekspertlərin bir çoxunun fikrincə Misirlə Sionist rejim arasındakı sülh “Soyuq sülh” dür və bu əlaqələr onun xalq bazasına malik olmamasına və zəif olmasına görə yalnız Ag Evin himayələri ilə davam edibdir . Bunlara baxmayaraq Misir xalqı heç vaxt Sionist rejimlə sülh sazişini rəsmən tanımadı və Mübarək də öz xalqının qorxusundan İsrail başçıları ilə görüşmək üçün işğal edilmiş Fələstin torpağına qədəm qoymağa cürət etmədi.

Belə bir şəraitdə Misir böhranı Sionist rejim başçılarını kəskin şəkildə nigaran edib və onları qorxuya salıb . Çünki Mübarəkin süqutu qətiyyətlə Sionist rejimin regiondakı planlarını alt-üstə edəcək və sionistlərin məntəqə ölkələri ilə sülh xülyasını bərbad edəcəkdir.

Müəllif : Əli Məhəmmədi
Source : IRIB
Comment