QR CodeQR Code

Daha üç şəhid verdik - Vətən, başın sağ olsun!

Islamazeri , 4 Apr 2016 15:27

İslamtimes - Azərbaycan Müdafiə nazirliyindən cəbhədə vəziyyətlə bağlı son məlumat


İslamazeri.az-a, Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: "Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.

Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.
Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir."

Qeyd edək ki, bu son günlərdə Azərbaycan Ordusu 15 şəhid verib, düşmən isə 18 nəfər əsgərinin öldüyünü bildirərək əsl itkisini gizlədir. Çünki, bu günə qədər erməni tərəf itkisinin sayını rəsmi olaraq açıqlamır. Azərbaycan tərəfinin bildirdiyinə görə, ermənilər ən azı 100 hərbiçi itki verib.


Story Code: 531495

News Link :
https://www.islamtimes.org/az/news/531495/daha-üç-şəhid-verdik-vətən-başın-sağ-olsun

Islam Times
  https://www.islamtimes.org