0
Friday 4 February 2011 - 00:47

ABŞ-ın biabırçılığı

Story Code : 53219
ABŞ-ın biabırçılığı
ABŞ-ın biabırçılığı
“İslamtimes”in Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə Amerika Xüsusi Xidmət orqanlarının Türkiyə banklarına xüsusi nəzarət etdiyi aşkar oldu. Islam times.org/az/ - İstanbuldakı bankların birindən Ankaranın digər bir bankına küllü miqdarda pul köçürülmüşdür. Lakin ikinci bank Tehran prospektində yerləşdiyi üçün bu ABŞ Xüsusi Xidmət orqanlarının gözündən yayınmayıb.

ABŞ Xüsusi Xidmət orqanları pulun İranın paytaxtına köçürüldüyünü zənn edib adı çəkilən bank rəhbərliyindən hesabat verməsini tələb edib.

ABŞ Maliyyə Nazirliyi hətta bu bankın İranın nüvə proqramına dəstək etdiyi ittihamı ilə də çıxış etmişdir.
Lakin bank rəhbərliyinin təqdim etdiyi hesabatdan sonar məlum oldu ki, bankdan köçürülən küllü miqdarda pul İran İslam Respublikasının paytaxtına deyil, Ankaranın Tehran prospektindəki banklardan birinə devr etdirilib.

ABŞ-Xüsusi Xidmət orqanlarının bu gülünc səriştəsizlikləri beynəlxalq aləmdə çox biabırçı şəkildə qarşılanıb. Lakin gülünc olmaqla yanaşı həm də məyus edici haldır ki, okeanın o tayından digər dövlətlərin daxili işlərndən tutmuş özəl banklara qədər nəzarət edən bu dövlət bəzən başqa dövlətləri kiminsə daxili işlərinə qarışmaq ittihamı ilə suçlayır.
Translator :
Comment