QR CodeQR Code

MN Xankəndi üzərində Azərbaycana məxsus PUA-nın vurulması barədə məlumata münasibət bildirib

Apa , 8 Apr 2016 17:13

Islamtimes - "Artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir".


Bunu APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən Ermənistan mətbuatının guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus pilotsuz uçan aparatın (PUA) vurulması barədə yaydığı məlumata münasibət bildirərkən deyilib.

MN-dən bildirilib ki, bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.

"Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, “vurduqları” PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.

Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər", - deyə MN-dən bildirilib.


Story Code: 532254

News Link :
https://www.islamtimes.org/az/news/532254/mn-xankəndi-üzərində-azərbaycana-məxsus-pua-nın-vurulması-barədə-məlumata-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org