0
Friday 4 February 2011 - 08:05

Misir hakimiyyəti süquta yaxınlaşır

Story Code : 53232
Misir hakimiyyəti süquta yaxınlaşır
Misir hakimiyyəti süquta yaxınlaşır
Misirdə beynəlxalq insan hüquqları və xeyriyyə təşkilatlarının üzvləri həbs edilib 
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Amnesty International təşkilatın nümayəndələri bildiriblər ki "30-dan çox insan hüquqları müdafiəçiləri, o cümlədən Amnesty International əməkdaşları Qahirədə polisi tərəfindən həbs edilib”.
Polis onları oteldə görüş keçirən zamanı həbs edib və naməlum istiqamətə aparıb.
Eyni zamanda, gərarqahı Londonda yerləşən beynəlxalq xeyriyyə təşkilatı Oxfamın Misir bölməsinin səkkiz üzvü həbs olunub.
Misirdə xarici jurnalistlərə qarşı təqiblər davam edir. Polis BBC, İTAR-TASS jurnalistlərinin kamera və noutbuklarını müsadirə edib.
Fransanın TF-1 telekanalının üç müxbiri və İsveçin SVT telekanalın reportyoru Bert Sundström itkin düşüb.
Prezident Mübarəkın tərəfdarları Al-Arabiya telekanalının, CNN, Associated Press, “Rossiya” telekanalın müxbirlərinə, Al-Jazeeranın əməkdaşlarına hücüm ediblər. Əksinə, Mübarəkə qarşı çıxan milyonlarla inanclı Misir əhalisi jurnalistləri qorumağa səy göstərirlər. 

Comment