QR CodeQR Code

Mübarəkin hiylələri bitmir

4 Feb 2011 08:44

IslamTimes - Misir prezidenti bəyan edib ki, o istefaya gedə bilmir


Prezident Hüsnü Mübarək ABC News telekanalına bildirib ki, o istefaya getmək istəyir, lakin ehtiyat edir ki, onun hakimiyyətdən getməsi ilə ölkədə xaos hökm sürəcək.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Mübarək deyib: “Mənə hakimiyyət lazım deyir. 62 illik iş həyatı ərzində hakimiyyəti çox olub”.
Bu arada Misirdə hökumət əleyhinə nümayiş edənlər prezident Hüsnü Mübarəkin tərəfdarlarını Qahirənin Təhrir meydanı ətrafındakı bəzi küçələrdən sıxışdırıb çıxarıblar. Nəzərinizə çatdıraq ki, dövlət tərəfindən təyin olunduğu ehtimal edilən bir qrup şəxs xalqa qarşı zorakılıq tətbiq etməklə onları evlərinə yollamaq niyyətində idi. Amma milyonlarla Misir əhalisi bu şəxslərin özünü qovaraq meydandan çıxarıb.
Hər iki tərəf bir-birinə daş atıb və bir neçə dəfə atəş səsi eşidilib.
Bu arada, ölkənin vitse-prezidenti Ömər Süleyman cənab Mübarəkin oğlu Camal Mübarəkin prezidentliyə namizəd olmayacağını deyib.
Çərşənbə axşamı etdiyi televiziya çıxışında Mübarək bu ilin sentyabrında hakimiyyəti təhvil verəcəyini söz verib, lakin oğlu haqda bir söz deməmişdi.
Baş nazir Əhməd Şəfiq baş vermiş savaşa görə üzr istəyib.
Toqquşmalarda 9 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Əhməd Şəfiq baş verənlərin təhqiq ediləcəyini deyərək, bunları "fəlakət" adlandırıb.
Mübarəkin tərəfdarlarının xarici jurnalistlərə hücum etdikləri və bir neçə mehmanxanaya daxil olduqları xəbər verilir.
Misir müxalifətinin lideri Məhəmməd əl-Baradeyi və Müsəlman Qardaşları təşkilatı hökumətin danışıq təklifini rədd edib. Onlar Mübarəkin istefasının birinci addım olmalı olduğunu deyiblər.


Story Code: 53236

News Link :
https://www.islamtimes.org/az/news/53236/mübarəkin-hiylələri-bitmir

Islam Times
  https://www.islamtimes.org