0
Friday 4 February 2011 - 14:49

Kimyagərin yeni iksiri

Story Code : 53262
Kimyagərin yeni iksiri
Kimyagərin yeni iksiri
Deyirlər “Allah məni axmaq dostlardan qoru, düşmənlərlə özüm keçinərəm”. Əslində Azərbaycanla İran arasındakı münasibətləri korlayan elə belə səviyyəsiz adamlardır.
Əhmədoğlu bu dəfə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzini hədəfə alıb. Elə həmin mədəniyyət mərkəzinin rəhbəri cənab Ocaq Nejadın söhbətlərində maraqlı bir misal var. Bu misaldan kaş İ. Əliyev də xəbər tutaydı. O. Nejad nəql edir:
Bir gün bağban ayı ilə dost olur. Ona tövsiyə edirlər ki, ayı axmaq olduğundan sənə yaxşılıq etmək istəsə də alınmaycaq. Bağban qulaq asmır. Bir gün bağban yatdığı vaxt alnına bir milçək qonur. Ayı çox çalışır, amma milçəyi qova bilmir. İri bir çay daşı götürüb çırpır bağbanın alnına ki, milçəyi öldürsün. Milçək ölür, amma bağban da sağ qalmır!
Mübariz Əhmədoğlu kimi kənd əczaçıları xeyir əhli olsaydı onu kənddə saxlayardılar. Bu adamlar siyasəti xalqın başında öyrənmək istəyir. Sonda Vətən bağbanın gününə qalır!

Source : Haqqyolu
Comment